ABŞ prezidentinin bəyanatı nefti ucuzlaşdırdı— Qiymət

ABŞ prezidentinin bəyanatı nefti ucuzlaşdırdı

ABŞ prezidenti Donald Trampın ölkəsinin İranla sülhə hazır olduğunu elan etməsindən sonra neftin qiyməti ucuzlaşıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin fevral ayı üçün fyuçerslərin qiyməti 4,21 faiz ucuzlaşaraq 60,06 dollar/barelə bərabər olub.

Qeyd edək ki, çərşənbə axşamı neftin qiyməti 65 dollar/barelə bərabər olub.

Gununsesi.org

COMMENTS