Türkiyənin tanınmış rəssamı evində güllələnmiş halda tapıldı

Türkiyənin tanınmış rəssamı evində güllələnmiş halda tapıldı

Türkiyənin tanınmış rəssamı və heykəltəraşı Rıfat Koçak Bodrumdakı evində güllələnmiş halda tapılıb.

Gununsesi.org “Hürriyet”ə istinadən xəbər verir ki, bir uşaq atası olan 49 yaşlı heykəltəraşın cəsədini evinə təmir üçün gələn kondisioner ustası tərəfindən yatağında aşkarlanıb. Ustanın polisə zəng vurmasından sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İlkin ehtimala görə, Koçak intihar edib. Onun daha əvvəl də intihara cəhd etdiyi məlum olub.

Qeyd edək ki, bir çox sərgilərin iştirakçısı olan Koçak ötən ilin sentyabrında emalatxanasında keçirdiyi qəzada barmaqlarını yaralamışdı.

 

Gununsesi.org 

COMMENTS