Qidalanma və ürəyin sağlamlığı – bir-biri ilə bağlı olan şeylərdir. Müəyyən məhsullar zərər yetirdikləri kimi, faydalı da ola bilərlər.
Gununsesi.org-un məlumatına görə, bununla bağlı “MedikForum.ru” saytı ürəyin sağlamlığı üçün çox faydalı olan məhsulları açıqlayıb:
İspanaq
.jpg)
Bu göyərti ürəyin sağlamlığı üçün faydalı olan C və E vitaminləri, eləcə də beta-karotin, kalium, fol turşusu, kalsium və sellülozla zəngindir.
Kətan toxumları
Kətan toxumları – tərkibində çoxlu sellüloz, manqan, omeqa-3 və maqnium olan ürək üçün faydalı məhsuldur.
Yulaf lopaları
Onun faydası barədə çoxları bilir. O, təkcə üçün yox, həm də bütün orqanizm üçün faydalıdır. Yulafı səhər yeməyində qəbul etmək daha məqsədəuyğundur.
Paxlalı bitkilər
Bu məhsullar həll olunan sellüloz, B vitaminləri qrupu, niatsin, fol turşusu, maqnium, kalsium və omeqa-3 yağ turşuları ilə zəngindir. Noxud, mərci, lobya və digər məhsullar qandakı “pis” xolesterinin səviyyəsini və ürək xəstəliklərinin yaranma riskini aşağı salır.
Yağlı balıq
Yağlı balığın bütün növlərinin tərkibində omeqa-3 yağ turşuları var ki, onlar da ürək və damar xəstəlikləri ilə mübarizə aparır. Qızılbalıq, skumbriya, sardina, somon yeyin ki, ürəyiniz sağlam olsun.
COMMENTS