ABŞ BMT TŞ-nın iclasına getməyə hazırlaşan İranın XİN rəhbəri Məhəmməd Cavad Zərifə viza verməkdən imtina edib.
Gununsesi.org bu barədə “Reuters” ABŞ Administrasiyasına istinadla xəbər verib.
Bildirilir ki, yeni qərar İran İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi bölməsinin generalı Qasım Süleymaninin amerikalı hərbçilər tərəfindən öldürülməsindən sonra iki ölkə arasında yaranan gərginliklə əlaqədar verilib.
İclas Nyu-Yorkda yanvarın 9-na təyin olunub.
Gununsesi.org
COMMENTS