Dəhşət: Avstraliyada 1 milyarddan çox heyvan öldü – SƏBƏBİ

Dəhşət: Avstraliyada 1 milyarddan çox heyvan öldü – SƏBƏBİ

Avstraliyada hökm sürən irimiqyaslı meşə yanğınlarında bir milyarddan çox heyvan ölüb. Gununsesi.org-un məlumatına görə, bu barədə “TASS” agentliyi bununla bağlı tədqiqat aparan alimin çalışdığı Sidney Universitetinin mətbuat xidmətinə istinadən xəbər verib.

Ümumdünya Vəhşi Təbiət Fondunun Avstraliya nümayəndəliyi isə ölən heyvanların sayının 1,25 milyard olduğunu qeyd edib. Yanğn bütün Avstraliya boyu 8,4 milyon hektar meşəni məhv edib.

Qeyd edilir ki, təbiət hadisəsi Yeni Cənubi Uelys ştatının mərkəzi və şimali sahilyanı ərazilərində minlərlə koalanı, eləcə də digər nadir heyvan növlərini öldürüb.

Gununsesi.org

COMMENTS