Castin Biberdə ölümcül xəstəlik aşkarlanıb

Castin Biberdə ölümcül xəstəlik aşkarlanıb

Kanadalı müğənni Castin Biberdə Laym xəstəliyi aşkarlanıb. Gununsesi.org  bildirir ki, bu barədə ifaçının özü İnstaqram hesabında məlumat verib.

Onun sözlərinə görə, Laym xəstəliyi ilə yanaşı, onda xroniki mononukleoz aşkarlanıb ki, bu da onun dərisinə, beyninin işinə və ümimilikdə sağlamlığına mənfi təsir göstərib.

Biber bildirib ki, ağır keçən iki ildən sonra, “hələ sağalmaz xəstəliyin” düzgün müalicəsinin nəticəsində o, tədricən sağalır və yenidən səhnəyə qayıda biləcək.

Laym xəstəliyi insanlara gənələr vasitəsilə ötürülən yoluxucu xəstəlikdir. Xəstəlik vaxtında müalicə olunmazsa ölüm və əlliliyə gətirib çıxarır.

Gununsesi.org

COMMENTS