Ukrayna təyyarəsinin partlayış anının görüntüləri yayıldı- VİDEO

Ukrayna təyyarəsinin partlayış anının görüntüləri yayıldı

Sosial şəbəkələrdə Tehran yaxınlığında qəzaya uğramış Ukrayna təyyarəsinin yerə çırpıldığı anı əks etdirən kadrlar yayılıb.

Gununsesi.org xəbər verir ki, partlayış anı küçə videomüşahidə kameralarına düşüb.

Xatırladaq ki, Tehran-Kiyev reysi ilə hərəkət edən “Boeing 737-800” uçuşdan sonra alovlanıb və aeroport yaxınlığında yerə çırpılıb.

Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 167 sərnişin və 9 heyət üzvü həlak olub.

COMMENTS