Prezident açıqladı: Emil Balayev Türkiyəyə gedir

Prezident açıqladı: Emil Balayev Türkiyəyə gedir

Futbol üzrə Azərbaycan milli komandasının və “Tobol” (Qazaxıstan) klubunun qapıçısı Emil Balayev Türkiyəyə gedir.

Gununsesi.org  xəbər verir ki, bu barədə klubun prezidenti Nikolay Panin Qazaxıstan mətbuatına danışıb. O, futbolçunun fərdi proqram üzrə hazırlaşacağını deyib:

“Emilin Türkiyədə bərpası nəzərdə tutulub. Toplanışın bir hissəsini orada keçirəcək, fərdi proqram üzrə hazırlaşacaq”.

Xatırladaq ki, Kostanay təmsilçisi yeni mövsümün hazırlıqlarını Dubayda davam etdirir.

Qeyd edək ki, “Tobol”da baş məşqçi vəzifəsinə erməni Qriqori Babayanın gətirilməsindən sonra Emil Balayevin klubdan ayrılacağı ilə bağlı iddialar ortaya çıxıb. Hətta bu durumdan AFFA-nın da narahat olduğu və futbolçunu 4 Türkiyə klubuna (“Trabzonspor”, “Antalyaspor”, “Ankaragücü” və “Kayserispor”) təklif etdiyi də yazılır.

Gununsesi.org 

COMMENTS