Suriyanın şimalında terror aktı nəticəsində dörd türk hərbçisi həlak olub.
Gununsesi.org-un məlumatına görə, “Anadolu” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə “Sülh bulağı” hərbi əməliyyatı keçirilən ərazidə yerləşdirilmiş Türkiyənin nəzarət-keçid məntəqəsində baş verib. Hərbçilər yaxınlaşdığı zaman içərisində bomba yerləşdirilmiş avtomobil partladılıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi ölənlərin yaxınlarına baş sağlığı verib.
COMMENTS