Almaniya kansleri İlham Əliyevlə insan hüquqlarından danışıb

  • By admin
  • 26 Aprel 2024 16:23

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev və Almaniya kansleri Olaf Şoltsun birgə mətbuat konfransı baş tutub.

 

Gununsesi.info-nun xəbərinə görə, təkbətək və geniş tərkibli görüşlərdən sonra mətbuat qarşısında çıxış edən dövlət rəhbərləri bildiriblər ki, görüşlərin əsas mövzularından biri Azərbaycandakı insan haqlarının və media azadlığının vəziyyəti olub.

 

Olaf Şolt deyib ki, İlham Əliyevlə görüşündə Azərbaycanda insan haqlarının durumunu da müzakirə edib:“Biz sivil ictimaiyyət, azad media haqqında da müzakirə apardıq, ətraflı danışdıq. Canlı demokratiyanın ayrılmaz hissəsi tənqidi sivil cəmiyyətin olmasıdır. Fikir azadlığı, mətbuat azadlığı mövcud olmalıdır. Federal Respublika dünyada insan hüquqlarının qorunmasına öz töhfəsini verir. Hər bir ölkədə azad mətbuat olmalıdır, insan hüquqları pozulmamalıdır. Müxtəlif ölkələrdə bu vəziyyətin yaxşılaşdırılmasına potensial var”.

 

 

 

Afət Abbasova

Gununsüsi.info