
İsrail BMT Təhlükəsizlik Şurasının İranla bağlı təcili iclas keçirməsini tələb edib.
Gununsesi.info-nun xəbərinə görə, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan, İranın İsrailə hücumunu pisləmək və İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatı elan etmək üçün Şuranın təcili toplanmasını istədiklərini bildirib.
O, sosial media platformasında paylaşdığı mesajda
Bu tələbdən sonra diplomat BMT Təhlükəsizlik Şurasının bazar günü sessiya keçirməyi planlaşdırdığını bildirib.
Adının açıqlanmasını istəməyən diplomat qeyd edib ki, iclasın vaxtı hələlik yerli vaxtla saat 16:00 kimi müəyyən edilib.
Afət
GUNUNSESİ.İNFO