Bakcell ilə innovasiya dövrü başladı!

  • By admin
  • 30 Aprel 2024 10:25

 

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, 25 aprel tarixində baş tutan
mətbuat konfransında yeni brend kimliyini elan edib.

“Bakcell”in dəyişən dünyanın tələblərinə uyğun rebrendinq tədbiri dünən axşam Bulvardakı innovasiyalarla dolu konsertlə davam edib.
Azərbaycanın telekommunikasiya sahəsi üçün innovasiya və həyəcan dolu bir gündə
Bakcell, Röya, Miri Yusif, Tünzalə Ağayeva, Murad Arif, Hüsniyyə Məhərrəmova kimi
tanınmış simaların iştirakı ilə tamaşaçılara möhtəşəm şou sərgiləyib. Tədbirin ən
maraqlı məqamlarından biri də Bakcell-in mətbuat konfransında açıqladığı süni intellekt
dəstəkli humanoid robot Ardinin Murad Ariflə duet oxuması olub.

10 000-lərlə tamaşaçının olduğu tədbirdə gecə boyunca müsabiqələr təşkil edən
Bakcell, iPhone 15 Pro Max və digər dəyərli hədiyyələri qaliblərə yerindəcə təqdim edib.
Gecənin sonunda isə Bakcell-in vəd etdiyi 100 000 GB hədiyyə bütün Bulvara
paylanılıb.

Qeyd edək ki, şirkətin Baş İcraçı Direktoru Klaus Müller mətbuat konfransında çıxışı
zamanı ən yaxın müddətdə bir sıra innovativ məhsul və xidmətlərin elan ediləcəyi ilə
bağlı məlumat paylaşıb. Tədbirdən də göründüyü kimi Bakcell yeni dövrə keçid etməklə,
abunəçilərinə innovasiyalarla dolu təcrübə yaşadacaq.

Gununsesi.info