
Milli Məclisin deputatı Kamal Cəfərovun təşəbbüsü ilə “Batıgöz Mobil Klinikası” Sabirabad şəhərində tam ödənişsiz göz müayinəsi kompaniyası həyata keçirilib.
Gununsesi.info xəbər verir ki, 517 sakinin göz sağlamlığı peşəkar həkim heyəti tərəfindən müayinə edilib.
Eyni zamanda müayinə nəticəsində müəyyən edilmiş 40 katarakt əməliyyatı İcbari-Tibbi Sığorta Agentliyi tərəfindən tam ödənişsiz həyata keçirilib.
“Batıgöz” klinikası tərəfindən keçirilən əməliyyatlarda Amerika istehsalı olan “Alcon” linzalarından da istifadə edilib.

Gununsesi.info