
Ötən il prokurorluq orqanları 75,3 milyon manatdan artıq məbləğdə ziyanı ödətdirib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyub.
Gununsesi.info xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Həmçinin əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.
Gununsesi.info