
26 amerikalı senator 5 amerikalı girovun azad edilməsi müqabilində İran rejiminin dondurulmuş 6 milyard dollarlıq aktivlərinin azad edilməsi qərarına etiraz edib.
Gununsesi.info bildirir ki 26 senatordan ibarət bu qrup öz məktubunda yazıb: “Obama administrasiyası 2016-cı ildə İranın 400 milyon dollarlıq aktivlərini nağd şəkildə sərbəst buraxanda biz bu təhlükəli hərəkətin amerikalıların həyatı bahasına başa gələcəyi barədə xəbərdarlıq etmişdik.
Yeddi il sonra indiki administrasiya dünyanın ən böyük terror sponsoru dövlətinə ən azı 15 dəfə çox pul ödəyir, bu isə ABŞ-ın uzun müddətdir davam edən “güzəşt etməmək” siyasətinin növbəti dəfə pozulması deməkdir”, – senatorlar əlavə ediblər.
Bu qərar son dərəcə təhlükəli presedenti gücləndirir və İran rejiminə bütün Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərini artırmağa imkan verir, ABŞ senatorları yazır.
Senatorlar nazirlər Blinken və Yellen-ə göndərdikləri məktublarda yazırdılar: “Obama administrasiyası 2016-cı ildə İran rejiminə dörd yüz milyon dollar pul vəsaiti buraxanda, bunun Amerikanın həyatı bahasına təhlükəli presedent yaradacağına dair xəbərdarlıq etmişdik. Yeddi ildən sonra indiki administrasiya dünyanın ən böyük terror sponsoru olan dövlətin dəyərinin ən azı on beş misli məbləğində fidyə ödəyir ki, bu da ABŞ-ın çoxdankı “güzəşt etməmək” siyasətinin növbəti pozuntusudur”.
Tərcümə:
Mais