
Xaçmaz rayonunun Nabran kəndində yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info xəbər verir ki, VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Səxavət Gülümbala oğlu Hüseynzadə ölüb, 1962-ci il təvəllüdlü Hacıbaba Mürşüd oğlu Xuruci isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.