
Türkiyənin Xarici İşlər Nazirliyi Amerikaya etiraz açıqlaması verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Amerikanın Cənubi Kiprə yönəlik silah sanksiyasını 2024-cü il üçün ləğv etməsini açıqlamasından sonra rəsmi Ankara bu qərara etirazını bildirib.
“Amerikanı bölgədə sabitliklə bağlı siyasətini gözdən keçirməyə dəvət edirik”, – deyə Türkiyə XİN vurğulayıb.
Türkiyə eyni qərarla bağlı “Şimali Kipr Türk Cümhuriyyəti”nin Xarici İşlər Nazirliyinin etirazına dəstəyini ifadə edib.
Tərcümə: Arzu