Rusiya Şimali Kipr Türk Cümhuriyyətini qınamağı hədəfləyən BMT TŞ təklifini rədd etdi

  • By arzu
  • 19 Avqust 2023 21:59

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının “Şimali Kipr Türk Cümhuriyyəti”ni qınamaqla bağlı qərar Rusiya tərəfindən veto edilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Sülh Qüvvələri əsgərlərinin “Şimali Kipr Türk Cümhuriyyəti”nin Pile bölgəsinə çəkdirəcəyi asfalt yolu əngəlləməsindən sonra Fransa, Çin, Amerika və İngiltərə adadakı türk idarəetməsini qınamaq istəyib.

Rəsmi Moskva bu qərara qarşı çıxıb.

“Şimali Kipr Türk Cümhuriyyəti”nin Pile-Yiğitler Yolu Layihəsi BMT tərəfindən əngəlləndikdən sonra adadakı türk bölgə idarəçiləri BMT nəqliyyat vasitələrini geri çəkilməyə vadar etmişdi.

Rusiya “Şimali Kipr Türk Cümhuriyyəti”ni qınamaqla bağlı BMT TŞ üzvlərinin bu qərarını tərəfkeşlik olaraq dəyərləndirib.

Rusiya BMT-nin dünyadakı əsl məsələlərə köklənməli olduğunu bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info