
İtaliyanın baş naziri Giorgia Meloni təhqir olunub.
Gununsesi.info xəbər verir ki, baş naziri “Placebo” qrupunun solisti Brian Molkonun verdiyi konsertdə onu “faşist, irqçi” adlandıraraq onu təhqir edib.
Bu hadisədən dərhal sonra baş nazir Giorgia Meloni müğənini məhkəməyə verib.
Molkon konsertdəki tamaşaçılardan onu lentə almamasını xahiş etsə də, həmin anın video görüntüləri internetdə yayılıb.
Molko LGBT hüquqlarını qorumaq üçün 10.000 pərəstişkarına müraciət edib.
Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.
Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə altına alıb. Buna baxmayaraq qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.
Qeyd edək ki, İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.
Tərcümə
Şəbnəm
Gununsesi.info