Metroda dava -Qadına yumruq atan şəxs döyüldü

İstanbulda metrosunda mübahisə etdiyi qadını yumruqla vuran şəxs ətrafdakı vətəndaşlar tərəfindən döyülüb.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, metroda Yenikapı istiqamətində hərəkət edən qadınla kişi naməlum səbəbdən mübahisə edib. Mübahisə nəticəsində kişi qadın sərnişinə hücum edərək ona yumruq zərbələri endirib.

Hadisənin şahidi olan vətəndaşlar hücum edən şəxsi metronun qapısına çəkərək qadının əlindən alıblar.

Şişli-Mecidiyeköy dayanacağına çatdıqda təcavüzkar vətəndaşlar tərəfindən linç edilməyə çalışılıb. Şəxs vətəndaşların müdaxiləsi sayəsində metronun skamyasının altına sığınaraq vəziyyətdən xilas olub.

Hadisə yerinə metronun mühafizəçiləri və polis qrupları cəlb olunub.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info