Baş prokuror Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb

  • By ilhame
  • 16 Oktyabr 2023 20:29

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə sentyabr ayının 19-da dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri və ölkəmizin öz suveren ərazisində konstitusion quruluşun tam bərpa edildiyi, oktyabrın 15-də isə ölkə başçısı tərəfindən Xankəndi daxil olmaqla bir sıra azad olunmuş ərazilərdə dövlət bayrağının ucaldıldığı qürur hissi ilə qarşılandığı xüsusi qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sevincini bölüşüb. Türkiyə Ali Məhkəməsinin sədri Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin baş tutduğu cari ilin hər iki dövlət üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dialoq zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

Gununsesi.info