Özgə Özpirinçci yeni serialda

Türkiyəli aktrisa Özgə Özpirinçcinin yeni layihəsi bəlli olub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Sandık kokusu” serialında rol alacaq.

Layihədə ana ilə qızı arasındakı anlaşmazlıqdan bəhs olunacaq.

Ekran işinin hansı kanalda yayımlanacağı isə bəlli deyil.

 

Şəbnəm

Gununsesi.info