Türkiyə artıq oyun qurucu halına gəlib – Ərdoğandan tarixi çıxış

  • By arzu
  • 09 Avqust 2023 11:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ayrı-ayrı ölkələrdə Türkiyəni təmsil edən səfirlərlə toplantı keçirib.

Gununsesi.info xarici mətbuata istinadən  xəbər verir ki, toplantıda səfirlərə xitab edən Ərdoğan ölkəsinin beynəlxalq münasibətlərə damğasını vuran bir çox gərgin mövzuda axtarılan, yanaşması yaxından izlənilən və oyun qurucu ölkə halına gəldiyini söyləyib.

Prezidentlik Administrasiyasının binasında keçirilən görüş “14-cü Səfirlər Toplantısı” olub.

Prezident Ərdoğan çıxışında ölkəsinin diplomatik uğurlarından, Rusiya-Ukrayna savaşından, Qaradəniz Taxil Anlaşmasından, Nyu-Yorkdakı Türkevinin tikilməsindən, avqust ayında Türkiyəyə səfər edəcək Rusiya Prezidenti Putin ilə ortaq fikirə gələ biləcəklərindən, eləcə də ASALA Terror Təşkilatlarının türk diplomatlara qarşı terror əməllərindən danışıb.

Ərdoğan FETO və PKK Terror Təşkilatının qanlı əməllərindən, Türkiyəni parçalamaq istəyindən, eləcə də bu mübarizədə verilən şəhidlərin əməyini vurğulayıb.

 

Tərcümə: Arzu