
Rus xəbər agentliyi “Sputnik”in İstanbul və Ankaradakı Türkiyə büroları daha yaxşı iş şərtləri əldə etmək üçün tətil qərarı alan 24 Həmkarlar İttifaqlı jurnalisti işdən çıxarıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Ölkələrarası Jurnalistlər Federasiyalarına bağlı Türkiyə Jurnalist Həmkarlar İttifaqı etdiyi açıqlalmasında yeni toplu iş anlaşmazı müzakirələrinin uğursuzluqla bitməsinin ardından tətil elan edildiyini açıqlayıb.
Türkiyə Jurnalist Həmkarlar İttifaqının Başqanı Gökhan Durmuş məsələ ilə bağlı açıqlama verib.
“Sputnik” Həmkarlar İttifaqları haqqına sağyı göstərmək və qanuni tələblərə cavab vermək əvəzinə, üzvlərimizi işdən çxıarır. Agentlik qanunu heçə sayaraq bir Həmkarlar İttifaqı heyətini işdən alacaq qədər irəli getdi. Haqsız yerə ixrac edilən bütün jurnalistlərin işə geri alınmasını tələb edirik”.
Tətil 17 avqustda başlayacaq idi. Ancaq rus agentliyi “Rossia Seqodnya İnternational News”un idarəçiləri işgücündə azalmağa yol açan bir iqtisadi yenidən qurulma bəhanəsi ilə tətilçiləri işdən çıxartmağa qərar verdi.
Türk hüququ bir işverənin işçiləri bir Həmkarlar İttifaqına üzv olmamaları və ya industrial davranışda olmamaları yönündə basqı etməyə yönəlik hansısa bir hərəkəti qadağan edir.
Gökhan Durmuş ” “Sputnik” liderlərinin istəyinin azacıq maaş və sərhədli müstəqillik çərçivəsində türk jurnalistlərin qanuni tələblərini əzmək olduğu açıqadır”, – deyə bildirib.