Zaqatalada itlərin öldürülməsinin TƏFƏRRÜATI - VİDEO/YENİLƏNDİ

Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsini lentə alan şəxs hadisənin təfərrüatını danışıb.

Heyvansevər Nizami Ramazanov bildirib ki, hadisə 20 iyun səhər saatlarında baş verib.

HTML tutorial

“Şəhər ərazisindən güllə səsləri gəlirdi. Bacımla birgə maşınla güllə səsi gələn əraziyə getdik. Tala körpüsü adlanan ərazidə motosikletin arxasında yeni ölmüş 10-15 itin cəsədi var idi”, – deyə N.Ramazanov bildirib.

Daha ətraflı Baku TV-nin süjetində:

11:02

Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Belə ki, rayon ərazisində lentə alınan videoda bir neçə it cəsədinin aşkarlandığı görünür.

Qeyd edilib ki, itlərin öldürülməsi ilə bir neçə vətəndaş arasında insident yaşanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ötən gecə DİN-in “102” Xidməti – Zəng Mərkəzinə müraciət edən Zaqatala rayon sakini Nizami Ramazanov şəhər ərazisində sahibsiz itləri güllələyən şəxslərin ona və bacısına qarşı fiziki güc tətbiq etmələri ilə bağlı məlumat verib:

“Daxil olmuş müraciət əsasında hazırda rayon polis şöbəsində araşdırma aparılır”.

Gununsesi.info