Bakıda çayxanada kütləvi dava: Müştəri bıçaqlandı -YENİLƏNDİ

Bakıda çay evində bıçaqlanmanın bəzi detalları bəlli olub.

Gununsesi.info xəbər verir ki, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən çay evinin icarədarı Hüseyn Baratov obyektə müştəri qismində gələn Cavid Quliyev və Kamil Ağayevlə mübahisə edib. Mübahisə zamanı Hüseyn Baratov bıçaqla Cavid Quliyevə xəsarət yetirib.

HTML tutorial

Faktla bağlı cinayət işi başlanılıb.

09:12

Bakının Nəsimi rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

Gununsesi.info xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyası yaxınlığında baş verib.

Belə ki, çayxanada müştərilər arasında dava düşüb.

Hadisə zamanı 1993-cü il təvəllüdlü Quliyev Cavid Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayev Kamil İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Gununsesi.info