Tovuzda “KamAZ”la sərnişin avtobusu toqquşub

Tovuzda “KamAz”la sərnişin avtobusu toqquşub.

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

Hərəkətdə olan sərnişin avtobusu ilə KamAz” toqquşub. Qəza zamanı “KamAz”ın sürücüsü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisədə xəsarət alan “KamAz”ın sürücüsü 1980-ci il təvəllüdlü Teymur Məmmədovdur. Qeyd edək ki, qəza zamanı sərnişin avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

Qəza yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Gununsesi.info