
Silahlı hücumların gündəlik hal aldığı Amerikada son yaşanan hücumda 4 nəfər həyatını itirib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Qrant bölgəsindəki hücum zamanı 2 nəfər ölüb, çoxlu sayda adam yaralanıb.
Məlumatı polis işçiləri təsdiq ediblər. Hücum olayı düşərgədə yaşanıb. Hücum edən adam polislər tərəfindən saxlanılıb.
Missuiri əyalətinin St. Louis şəhərində və DuPage bölgəsində yaşanan hücumlar zamanı 2 nəfər öldürülüb, 29 nəfər yaralanıb.
Yaralılar xəstəxanalara daşınıb.
Tərcümə: Arzu