
Hindistanda qızmar istiliklər ölkədə faciəyə səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Uttar Pradeş bölgəsində təsirini göstərən qızmar istiliklər 34 nəfərin həyatına son qoyub.
Hindistan Meteorologiya Dairəsi Ballia bölgəsində istiliyin mövsüm normasının üzərində olduğunu açıqlayıb.
42 dərəcəlik istilik 60 yaşın üzərində olan çoxlu sayda insanı həyatdan qoparıb.
Tərcümə: Arzu