Şəkidə partlayışda xəsarət alan uşaqlar öldü

Şəkidə partlayışda ağır xəsarət alan azyaşlılar dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, hadisə zamanı ağır xəsarət alan 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı və 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı müalicələrini davam etdirmək üçün Bakı şəhəri Nərmənov Tibb Mərkəzinin nəznindəki Yanıq Mərkəzinə aparılarkən yolda dünyasını dəyişiblər.

HTML tutorial

Qeyd edək ki, hadisə ötən gün Şəkinin Aşağı Göynük kəndində baş verib. Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Gununsesi.info