
İyunun 20-də Rusiyanın Tambov barıt zavodunda partlayış baş verib, bundan sonra yanğın başlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Tambov vilayətinin qubernatoru Maksim Eqorov məlumat yayıb.
İlkin məlumatlara görə, dörd nəfər ölüb, iki nəfər yaralanıb.
“Yanğına səbəb insan faktorudur. Birmənalı şəkildə bəyan edə bilərəm ki, bu, terror aktı deyil”, – deyə Eqorov bildiib.
Qubernatorun sözlərinə görə, yanğının sahəsi 1 m² olub, bir neçə dəqiqəyə söndürülüb. Zavod normal fəaliyyətini davam etdirir.
Gununsesi.info