“Brent” nefti yenidən bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin avqust müqaviləsinin dəyəri 0,5% artaraq, 1 barelə görə 76,28 dollar təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,6% artaraq, 71,62 dollara bərabər olub.

HTML tutorial

Gununsesi.info