İctimaiyyət polisin Gədəbəydəki zorakılığını pisləyir - AÇIQLAMA

  • By admin
  • 21 İyun 2023 00:20

Polis qüvvələrinin Gədəbəyin Söyüdlü kəndində ekoloji fəlakətə etiraz edən yaşlı qadınlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi, xüsusi zorakılıq göstərməsi cəmiyyətdə hiddədə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, cəmiyyətin müxtəlif kəsimi məlum olaya öz sərt təpkisini göstərib.

HTML tutorial

Həmin şəxslərdən bəzilərinin fikirlərini təqdim edirik:

Vəkil Hafiz  Həsənov: “Bu hal dövlət adına ən böyük zərbədir”

İnsanlarla bu cür davranışın adı vəhşilikdir və bunu edənlər kimliyindən asılı omayaraq məsuliyyətə cəlb edilməlidir. Bu hal dövlət adına ən böyük zərbədir. Məsələyə ali idarəetmə səviyyəsində münasibət bildirilməlidir.

Gədəbəyin sabiq deputatı Nazim Bəydəmirli: “Bu zorakılığı şiddətlə qınayıram”

Gədəbəy qızıl zavodunun zəhərli, çirkli tullantıların ekoloji fəlakətə gətirib çıxarması yerli əhalinin haqlı narazılığına səbəb olub. Öz dinc etiraz hüququndan istifadə edən vətəndaşlara zor tətbiq edənləri belə əməllərdən çəkinməyə səsləyirəm ..

Qızıl zavodunu layihəsinə uyğun istismar edə bilmirsinizsə bağlayın və təbiətimizi məhv etməyin.

Etirazçıların haqlı tələblərini yerinə yetirin. Söyüdlüyə zəng etdim, deyilənə görə rezin güllələrdən, göz yaşardıcı qazlardan istifadə edilib, zor tətbiq edilib, həbslər var, bir nəfərin qıçı qırılıb xəstəxanaya yerləşdirilib.

Bu zorakılığı şiddətlə qınayıram, əhalinin ekoloji fəlakətlə bağlı narahatçılıqlarını aradan qaldırın, tutulanları azad edin, kompensasiya ödəyin.

 

Azpost.az Xəbər portalının baş redaktoru Xəqani Səfəroğlu: «Yaşlı qadınlarıın əlindən tutub yola da salmaq olardı”

Gədəbəydə yaşlı qadınların üzünə bibər qazı sıxılması əcaib hərəkətdir.

Polisin son illərdə etirazları normal şəkildə idarə etmə praktikasının şahidi olmuşuq.

Bu hədsiz addıma nə gərək vardı?

Gədəbəydə kənddə yaşlı qadınlarıın əlindən tutub yola da salmaq olardı.

Ümid edirəm DİN rəhbərliyi bununla bağlı lazımi tədbirləri görəcək.

Telejurnalist Nigar Sabirqızı:  «Bu cür davranan polis DİN-ə bir ləkədir»

Sadəcə utancvericidir. Hadisə nə olursa-olsun Azərbaycan polisinin yaşlı insanlara, xüsusilə qadınlara qarşı bu cür rəftarına heç nə haqq qazandıra bilməz. O yaşlı nənələrin əlində hər halda silah olmayıb axı. Gözyaşardıcı qaz sıxmaq, döymək nədir? Niyə bunlar olmalı idi ki? DİN bu polislərlə bağlı ciddi araşdırma aparmalıdır. Çünki bu cür davranan polis DİN-ə bir ləkə, cəmiyyət üçün isə utancdır.

Afət Abbasova

Gununsesi.info