Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var

Ağsuda avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Gununsesi.info xəbər verir ki, “QAZ-31” markalı avtomobil “Mercedes”lə toqquşub.

HTML tutorial

Hadisə nəticəsində Göyçay rayon İnçə kənd sakini, 1959-cu il təvəllüdlü Mehdiyev Əkbər Ələkbər oğlu və Ağsu rayon sakini, 1992-ci il təvəllüdlü Zərbəliyev Fuad Məmmədşah oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar. Ə.Mehdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Gununsesi.info