
“Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı konsensus var”.
Gununsesi.info “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Naser Kənani bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Həyata keçirilən müzakirələr və atılan gözəl addımlar çərçivəsində Azərbaycan səfirliyinin yaxın zamanlarda Tehrandakı fəaliyyətinin bərpa edilməsi istiqamətində konsensus var”, – deyə Kənani qeyd edib.
Gununsesi.info