
30 il həsrətlə yolunu gözlədiyimiz o gün bu Günmüş! Bu gün Ali Baş Komandan İlham Əliyev qəhrəman Azərbaycan övladlarının qanı və canı hesabına işğaldan azad edilən ərazilərimizdə – Xankəndi, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli şanlı bayrağımızı uçaltdı.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov sosial media hesabında yazıb.
“Möhtəşəm və misli bərabəri olmayan gündür! Böyük Qələbədir! Millətimizin gözü aydın olsun! Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sözün əsl mənasında, tam şəkildə bərpa edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Ordumuza, igid əsgərlərimizə eşq olsun! Torpaqlarımızın azadlığı uğrunda Şəhidlik zirvəsinə yüksələn oğullarımıza Allahdan rəhmət, Qazilərimizə çan sağlığı diləyirəm. Əminəm ki, Şəhidlərimizun ruhu şaddır. Sizin qanınız yerdə qalmadı, igid oğullar! Rahat uyuyun bu torpaqlarda.
Bu günün, bu zəfərin mübarək olsun, doğma Azərbaycan, doğma Xalq!” – deyə Mübariz Mənsimov qeyd edib.
Gununsesi.info