Vitali Balasanyan dindirildi

Artıq özünü buraxan qondarma qurumun “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan oktyabrın 14-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

 

Məlumata görə, Balasanyan Xidmətin binasında dindirilib. Onun vəkili Rafael Martirosyan Balasanyanın Milli Təhlükəsizlik Xidmətinə çağırılaraq dindirildiyini təsdiqləyib.

 

Lakin vəkil işin təfərrüatlarını açıqlamayıb, onun şahid qismində dindirildiyini bildirib.

 

Gununsesi.info