Milyardlarla neft pulları: Kəsilmiş pensiyalar və…

Ötən 10 ildə Azərbaycan neft-qaz sektorundan azı 100 milyard dollar qazanıb, büdcə 30 milyard manata çatıb amma…

10 il öncə Azərbaycanda yaşa görə 831 min nəfər pensiya alırdısa, indi onların sayı 707 min nəfərə enib;

HTML tutorial

2012-ci ildə Azərbaycanda cəmi 17 min nəfər yaşa görə müavinət alırdısa, indi bu say 100 min nəfərə çatıb.
Səbəb:

2017-ci ildə pensiya sisteminə dəyişikliklərdən sonra ölkədə pensiya yaşı 65-ə yüksəlilb. Üstəlik, minimum 25 il iş stajı və ya minimum pensiya kapitalı tələbi qoyulub. Bu tələbi ödəyə bilməyənlər pensiyadan məhrum olur və 180 manat müavinət alır.

Bu müavinət isə əmək pensiyasından fərqli olaraq, indeksləşdirilmir, yəni inflyasiya həddinə görə dəyişmir.

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq. Yəni 65 yaşdan yuxarı 100 mindən artıq ahıl vətəndaş ən minimum ehtiyaclarını belə ödəyə bilməyəcək.

Rəsmi rəqəmlərə görə, ölkədə kişilərin 41-43 faizi pensiya yaşına çatmadan vəfat edir. Ölkədə orta ömür uzunluğu rəsmi rəqəmlərdə 73, reallıqda isə 62-65 ildir.

Ölkədə minimum pensiya 240, minimum əmək haqqı isə 300 manatdır.
Bir həftə əvvəl Baş nazir Əli Əsədov parlamentdə dedi ki, 2022-ci ildə qiymətlər 60 faiz bahalaşıb.

İndi Şəmkirin dələduz icra başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədovun məşhur sualını səsləndirməyin vaxtıdır:
Niyə belə edirsiz, niyə belə olmalıdır axı?!

Elçin Rüstəmli
Gununsesi.info