
Ermənistan sülh sazişi ilə bağlı təkliflərini Azərbaycana təhvil verib.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan Respublikası Azərbaycana sülh müqaviləsi ilə bağlı öz təkliflərini göndərib və biz belə məzmunlu saziş imzalamağa hazırıq”, – Paşinyan bildirib.
O, ümid edir ki, İrəvanın bu təklifinə Azərbaycanın reaksiyası müsbət olacaq.
Qeyd edək ki, Rəsmi Bakı sülh sazişi ilə bağlı İrəvana 5 bəndlik təklif irəli sürüb. Bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib. Paşinyanın bu açıqlaması isə sülhü istəmədiyini göstərir.
Gununsesi.info