Meral Akşener: “Ərdoğan sabahından qorxduğu üçün bu qərarı verdirdi”

  • By admin
  • 14 Dekabr 2022 20:16

“Bu gün İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğluna qarşı bu hökmü çıxartdıran adam sabahından qorxur. Ərdoğan sabahından qorxduğu üçün məhz bu qərarı  verdirdi”.

 

HTML tutorial

Gununsesi.info FOX TV-yə istinadən xəbər verir ki, bunu İstanbuldakı “Saraçhanede” təşkil olunan mitinqdə İYİ Partiyanın lideri Meral Akşener Əkrəm İmamoğlu barədə məhkəmə qərarından danışarkən deyib.

On minlərlə insanın qarşısına çıxan Akşener İmamoğluna dəstək üçün Ankaradan gəldiyini deyib.

O, Türkiyənin düşdüyü duruma acıdığını bildirərək, bəyan edib ki, amma bundan çıxış yolu var: “Bu da seçkilərə gəlib, onu yola salmaqdan ibarətdir. Siz onu yola salacaqsınız və o gedəcək”.

Günay

Gununsesi.info