
ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə ədalətli dünya vizyonunu bölüşdüyünü, Vaşinqton və müttəfiqlərinin vəzifəsinin Kiyevə döyüş meydanında qalib gəlməyə kömək etmək olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Vladimir Zelenski ilə ikitərəfli danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.
“Biz eyni vizyonu paylaşırıq. Azad, müstəqil, təhlükəsiz və firavan Ukrayna ədalətli dünyanın vizyonudur. Hər ikimiz müharibənin bitməsini istəyirik. Əgər Putin düzgün iş görmək ləyaqətinə malik olsa, qoşunları geri çəkə və bir gündə müharibə bitə bilər. Amma bu baş verməyəcək”, – Bayden bildirib.
O əlavə edib ki, ABŞ və müttəfiqləri Ukraynaya döyüş meydanında uğur qazanmağa kömək etməyə davam edəcəklər: “Prezident Zelenski ruslarla danışmağa hazır olduğu gün uğur qazana biləcək, çünki bundan əvvəl o, döyüş meydanında qalib gələcək”.
Bayden, həmçinin bildirib ki, 2023-cü ildə Rusiyanın genişmiqyaslı hücumu fonunda müttəfiqlərin Ukraynaya dəstəyi dəyişməyəcək.
Gununsesi.info