Dadaş Rzayev vəfat edib

Azərbaycan Respublikasının sabiq müdafiə naziri Dadaş Rzayev vəfat edib.

Sosial şəbəkələrdə bu barədə məlumat yayılıb.

 

Qeyd edək ki, Dadaş Qərib oğlu Rzayev 22 dekabr 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli kəndində anadan olub.

20 fevral 1993 – 17 iyun 1993-cü il tarixlərində müdafiə naziri postunu tutub.

General-mayor rütbəli D.Rzayev Azərbaycan Respublikası Veteranlar Şurasının sədri idi.

Uzun zaman idi ki, xəstəliyi ilə əlaqədar aktiv fəaliyyət göstərmirdi.

 

Allah rəhmət eləsin!