Türkiyədə zəlzələ oldu

  • By arzu
  • 24 Avqust 2023 09:55

Türkiyədə güclü zəlzələ olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, təbiət hadisəsi bu ölkənin Malatiya şəhərində yaşanıb.

Zəlzələnin gücü 5 bal olub.

Zəlzələ yerin 7 km. dərinliyində qeydə alnıb.

Zəlzələnin gücü Malatiya şəhərinin Yeşilyurt kəndində daha çox hiss edilib.

Zəlzələ ilə bağlı AFAD açıqlama verib. Olayın Türkiyə saatı ilə 08:35-də yaşandığını bildirib.

AFAD zəlzələnin 5 bal gücündə olduğunu təsdiq edib.

 

Tərcümə: Arzu

Gununsesi.info