Putin rus əsgərlərə səsləndi: Sizinlə qürur duyuram

  • By arzu
  • 24 Avqust 2023 09:38

Rusiya Prezidenti Vladimir Putin Kursk bölgəsində İkinci Dünya Savaşındakı nasistlərə qarşı qazanılan zəfərin 80-ci ildönümü münasibəti ilə danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ponıri qəsəbəsindəki zəfər tədbirində çıxış edən Putin rus əsgərlərinə xidmətləri üçün təşəkkür edib.

“Sizinlə qürur duyuram. Zəfər üçün döyüşənləri heç unutmayacağıq. Bu gün burada əfsanəvi Kursk torpaqlarında 1943-cü ilin yazında nasistlərə qarşı savaşan Kursk müharibəsi qəhrəmanlarının şanına layiq olan qəhrəmanlarımıza, əsgərlərimizə özəl hərbi əməliyyat iştirakçılarına yüksək dövlət mükafatları təqdim ediləcək”.

Bütün əsgərlərin cəsurca və qərarlılıqla döyüşdüyünü bildirən Putin anavətənə sədaqətin və hərbi anda bağlılığın özəl hərbi əməliyyat iştirakçılarını birləşdirdiyini vurğulayıb.

 

Tərcümə: Arzu

Gununsesi.info