Üzrxahlıq

  • By admin
  • 16 İyul 2024 10:47

2023-cü ilin avqust ayında Gununsesi.info-nun “YAP-ın Təşkilat sədri və oğluna cinayət işi açılıb” adlı xəbərimizdə zərərçəkənə istinadən hakim partiyanın Goranboy Təşkilatının sədri Elçin İsmayılov və oğlu Şamil Cəfərzadənin dələduzluq əməlində ittiham olunmasından bəhs olunurdu.

Qeyd edək ki, bu xəbərin dərci zamanı Elçin İsmayılovla danışmaq cəhdlərimiz baş tutmamışdı.

 

Bundan sonra Elçin İsmayılov Yasamal Rayon Məhkəməsində Gununsesi.info-ya qarşı iddia qaldırıb.

Qeyd edək ki, bir müddət sonra Şamil Cəfərzadə barəsində dələduzluq ittihamı ilə həbs-qətimkan tədbiri seçildi. Bununla bağlı hüquq-mühafizə orqanlarının rəsmi açıqlaması da ölkə mediasında yayıldı.

Lakin sonradan Elçin İsmayılov özünə böhtan atıldığını idda edərək, Gununsesi.info-ya qarşı məhkəmə iddiası qaldırdı.

 

Hakim Orxan Məmmədlinin işə qərəzli və birtərəfli yanaşması səbəbindən əleyhimizə qərar çıxarıldı.

Həmin qərarla bağlı redaksiyamıza hər hansı bildiriş gəlmədiyi üçün apellyasiya şikayəti hüququmuzdan da istifadə edə bilmədik.

Baxmayaraq ki, bu xəbər iş üzrə zərərçəkənə istinadən dərc olunmuşdu və sonrakı proseslər zamanı Elçin İsmayılovun oğlu həbs edildi.

Məhkəmə qərarının dövlətin adından çıxarılmasını nəzərə alaraq, Elçin İsmayIovun şəxsindən üzrxahlığımızı qəbul etməsini xahiş edirik. 

Bildirmək istəyirik ki, onun məlum hadisə ilə bağlı Gununsesi.info-ya təqdim edəcəyi hər hansı açıqlamanı məmuniyyətlə dərc etməyə hazırıq. 

Bildirmək istəyirik ki, bu xəbər hazırda istintaq mərhələsində olan işdə zərərçəkən kimi tanınan şəxsin açıqlamasında istinadən dərc olunmuşdu.

Ədliyyə islahatlarına yüz milyonlarla vəsait xərclənən ölkənin məhkəmə sisteminin Orxan Məmmədli kimi hakimi olması isə bir başqa mövzunun müzakirəsidir.

Məhkəmə-Hüquq sisteminə ləkə olan bu cür  hakimlər Avropa Şurasına üzv olan  ölkənin beynəlxalq imicini düşünməyərək, bilə-bilə qanunsuz qərar, qərardad və yaxud da hökm çıxarır.

 

REDAKSİYADAN