Girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq

  • By ilhame
  • 15 İyul 2024 20:58

İsrailin xarici işlər naziri İsrael Kats Böyük britaniyalı həmkarı Devid Lemmidən girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin olmayacağına dair mesajını HƏMAS-a çatdırmağı xahiş edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

 

“Böyük Britaniya və dünya HƏMAS-a açıq şəkildə bildirməlidir ki, girovlar azad edilmədən Qəzza zolağında atəşkəs olmayacaq”, – məlumatda qeyd edilib.

Gununsesi.info