Ukraynanın XİN-nin Çinə səfəri gözlənilir

  • By ilhame
  • 22 İyul 2024 22:37

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çinə gedəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, o, çinli həmkarı Vanq Yinin dəvəti ilə bu ölkəyə işgüzar səfər edəcək.

 

Səfərin iyulun 23-dən 26-dək davam edəcəyi bildirilir.

Gununsesi.info