“Mançester Siti” İtaliya millisinin qapıçısını transfer etmək istəyir

  • By ilhame
  • 22 İyul 2024 21:57

İngiltərənin “Mançester Siti” klubu Fransanın PSJ kollektivinin qapıçısı Canluici Donnarummanı transfer etmək istəyir.

 

Gununsesi.info “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “şəhərlilər” 25 yaşlı qolkiper üçün qarşı tərəfə təklif göndərib.

 

“Mançester Siti”nin hazırkı çərçivə qoruyucusu Ederson klubdan ayrıla bilər. Bu səbəbdən Premyer Liqa təmsilçisi Donnarumanın xidmətində maraqlıdır.

 

Qeyd edək ki, italiyalı qapıçının PSJ ilə 2026-cı ilə qədər müqaviləsi qüvvədədir.

Gununsesi.info