
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar 2023-cü ildə ölkədə yeni səfərbərlik dalğasını istisna etməyib.
Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə Malyar jurnalistlərə bildirib.
Hazırkı fərmana görə, Ukraynada səfərbərlik fevralın 19-da başa çatmalıdır.
Jurnalistlər nazir müavininə Ukraynanın bir çox müəssisəsinin işçilərinin işdən çıxarıldığını bildiriblər və yeni səfərbərlik dalğasının mümkünlüyü barədə danışmağı xahiş ediblər.
“Bunları proqnozlaşdırmaq çətindir, çünki səfərbərlik müharibənin ehtiyaclarından asılıdır”, – deyə o bildirib. Onun sözlərinə görə, itkilər var və bərpaya ehtiyac duyulur.
Gununsesi.info