Kəlbəcərdə dördü hərbçi olmaqla səkkiz nəfər minaya düşdü, biri şəhid oldu - VİDEO

Kəlbəcərdə səkkiz nəfər minaya düşüb.

Bu barədə Baş Prokurorluq, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində səkkiz nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin dörd nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyyə ilə bağlı hadisə yerinə yollanan dörd nəfər hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, biri isə ölüb.

Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info